İdman

“Keşlə” “Səbail”ə qarşı

Təlim-məşq toplanışını Qəbələdə davam etdirən klublarımız yoxlama görüşlərini davam etdirir.

Analoq.az xəbər verir ki, şimal bölgəsində toplanışda olan “Səbail” və “Keşlə” bu gün üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da başlayacaq.

Bundan öncə iki oyun keçirən “Keşlə” “Qarabağ”a uduzsa da (1:3), “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.

“Səbail” isə ikinci yoxlama görüşünə çıxacaq. Paytaxt təmsilçisi bunadək “Qəbələ”ni məğlub edib – 2:1.

Yoxlama oyunu

3 avqust

19:00. “Səbail” – “Keşlə”

/Qafqazinfo/

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button