Manşet

Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv olacaq – İDDİA

Bu ilin sonu – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində mərhum prezident Heydər Əliyevin 100 illiyi münasibəti ilə əfv sərəncamı imzalanacaq.Analoq.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, İlham Əliyev tərəfindən imzalanacaq əfv sərəncamı təxminən 1500 məhkuma şamil olunacaq.

Bu isə son illərin ən böyük əfv sərəncamı deməkdir.

Azadlığa çıxacaq şəxslər arasında mərhum prezident Heydər Əliyevin komandasında olmuş bəzi məhbusların da olacağı deyilir.

Məlumata görə, artıq əfvə düşəcək şəxslərin bəziləri ilə bağlı cəzaçəkmə müəssisəsindən Əfv Komissiyasına müvafiq sənədlər daxil olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button