Ədəbiyyat

Yaxşı əməllərim əmanətimdi…

Dostum, xeyirxahım, layiqli Vətən oğlu İlham Məmmədova ithaf…

Qonağam, bu dünya səyahətimdi,
Vətənim, millətim- məhəbbətimdi,
Allahım, dinimiz- ibadətimdi,
Yaxşı əməllərim- əmanətimdir.

Yaxşılıq Əlidən qalıb- deyirlər,
Nadanlar, sərvətlə özün öyürlər,
Kasıb- kusuba da ağız əyirlər,
Yaxşı əməllərim əmanətimdi.

Qarabağ şadlıgım, Təbriz qəmimdi,
Ərdəbil, Urmiyə, Zəncan mənimdi,
Dünyadaa ən şirin, doğma dilimdi,
Yaxşı əməllərim əmanətimdi.

Zülfəli, qızlarım, ciyərim – canım,
Vətənlə döyünür damarda qanım,
Şükür ki, qalibdir Azərbaycanım,
Yaxşı əməllərim əmanətimdi.

İnsandır dünyanın gövhəri, ləli,
Dünyanın sonudur, yoxsa əvvəli,
Dünya ağlamalı, yoxsa gülməli?
Yaxşı əməllərim əmanətimdi.

Gedirik haraya, necə olacaq?
Talelər gündüz də gecə olacaq,
İnsanlar hər şeyi vecə alacaq,
Yaxşı əməllərim əmanətimdi.

Allah da bizimçün göz yaşı tökür,
Günümüzə şükür, Tanrıya şükür,
Dünya bəlalardan sanki diz çökür,
Yaxşı əməllərim əmanətimdi.

Gün görəcək kim çəkirsə zəhməti,
EL içində o tapacaq hörməti,
Qardaş bildim şair Vüqar Əhmədi,
Yaxşı əməllərim əmanətimdi.
12.02.17.12.2020

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button