Cəmiyyət

Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən kafe aşkarlandı

Analoq.az xəbər verir ki,Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi “Yaşıl Ada”adlı kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi aşkar olunub.

Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button