Elm və təhsil

Prezident sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev sərəncam imzaladı. Analoq.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 284) adında, 1-ci və 3-cü hissələrində “əsaslı təmiri” sözləri “sökülərək yenidən tikilməsi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button