Redaktor seçimi

“Başa düşmək istəmirlər, nə qədər cahilləşiblər”-JALƏ MÜTƏLLİMOVA YAZIR

Fəttah Heydərovla heç zaman üz-üzə gəlməmişəm. Heç oğlu Kəmaləddin Heydərovla da. Sadəcə bu ata-oğula münasibətim belə olub.

Oğul Heydərov iki ağıllı oğul böyüdüb. Haqqında deyilən bütün qorxulu fikirlərə rəğmən, hətta sabah postundan uzaqlaşdırılanlardan olsa belə, aşağı təbəqəyə, insanların yanına enə biləcək qabliyyəti var. Hazırda vəzifə başında olanlarda neçəsi belədir, bu ağır sualdır.

Bunu niyə yazıram? Bu gün Fəttah Heydərov rəhmətə gedib. Hər kəs kimi bunu Meydan TV də fb səhifəsində tirjlayıb. 126 adam qəhqəhə çəkir, onlarla adam da super işarəsi qoyub bir ağsaqqal adamın ölüm xəbərinə.

Adam istəyir soruşsun ki, ölümə sevinəcək qədər necə və niyə cılızlaşsın ki, şəxsiyyəti olan insan?..

***

Bəli, bu milli göstərici deyil. Bu sadəcə çox qorxulu alt yapıdır. Bu millətin, dövlətin sonunu gətirmə k üçün bir ordu tərbiyəsiz yetişdirilib ölkədə.

O qədər danabaşdılar ki, anlamırlar təhqir nədir, tənqid nə?!

Qanmırlar, dövlət nədir, hakimiyyət nə?!

Başa düşmək istəmirlər, nə qədər cahilləşiblər.

Görə biımirlər ki, nə günə qalıblar.

Beyinləri yuyulub.

Yazıq gününə Azərbaycan! Haradan haraya gəldin, və hara sürükləyirlər səni?!.

Jalə Mütəllimova

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button