Siyasət

Ermənilərin Beyrutdakı yalanları ayaq tutub yeriyəcəkmi?

Beyrut limanındakı pirotexniki vasitələr anbarında baş verən partlayış sosial rifah baxımdan çətin vəziyyətdə olan əhalini daha da müşkül duruma saldı.

Əhalisinin əksəriyyəti müsəlmanlardan olan Livan dövləti həm qarşıdurmalar, həm də iqtisadi geriliklə çətin problemlər yaşayarkən bu partlayış böyük zərbə oldu.Türkiyə Livan xalqına dəstək olduğunu bildirib. Erməni terror təşkilatı kimi tanınan “ASALA” qrupunun əsas məkanlarından olan Livanda baş verən partlayışı ermənilər özlərinə qarşı təxribat xarakteri daşıdığını vurğulayıblar.

Yenə də bu “insanlar” yalandan müsəlmanların onlara qarşı qeyri-humanist davranışlarını yaymağa başlayırlar. Necə ki, “Yalançı erməni soyqrımı”, “yalançı Sumqayıt qırğını” kimi yalan təbliğatlarla müsəlmanlara qarşı mənfi rəy yaratmaq istəyirlər.

İordaniya, Livan kimi müsəlman dövlətlərinin hakimiyyəti erməniyə yardım edənlərdəndir, ancaq bu yardım ermənipərəst qüvvələr tərəfindən olub.

Yəni hakimiyyətlərdəki xainlərə görə xalqı günahlandırmaq olmaz. Partlayışın qəsdən edilməsi də şübhə doğurmur. Livan ərazisində yaraqlı qruplar arasında qarşıdurmalar mövcuddur.

Partlayışda bu qrupların əlinin olduğunu da söyləmək olar. Ancaq mənim mövqeyim bu hadisədə ermənilərin əlinin olması tərəfdəndir ki, bunu da yuxarıda bildirdim ki, müsəlmanlara qarşı əks-təbliğatlar aparsınlar.

Ancaq bəzi istinadlar bunun İsrail tərəfindən törədildiyini vurğulayırlar. İsrail isə bunla bağı əlaqəsinin olmadığını bildirib.

Partlayış nəticədində 10 nəfərin öldüyü, xeyli insanın isə yaralanması haqqında məlumat verilib. Ölənlər arasında erməni əsilli Nazar Nacaryanın da (“Xristian -Kətaib” partiyasının baş katibi) məhv olduğu qeyd olunur.

Elman Vəliyev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button