Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button