Bakı Uşaq və Gənclər Teatrı online rejimə keçdi
Teatrın mətbuat xidmətindən Analoq.az-a verilən məlumata görə, teatrın repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək:Tamaşaçılar tamaşanı youtube, facebook, instagram səhifələrində izləyə bilərlər.
1. “Danışan Gəlincik” – 26 mart (uşaqlar üçün)
2. “Qucaqla məni” – 30 mart (31 mart soyqırımına həsr olunub, gənclər üçün)
3. *”Dovşanın evi”*- 3 aprel ( uşaqlar üçün)
4. “Göyçək Fatma” – 7 aprel ( uşaqlar üçün)
5. “Əyriqulaq dovşan” – 11 aprel (uşaqlar üçün)
6. “Günahsız Günahkarlar” – 15 aprel ( insan alverinə qarşı mübarizəyə həsr olunub)
7. “Çay dəstgahı” – 19 aprel ( uşaqlar üçün)
8. *”Sehrli Tütək”*- 23 aprel (uşaqlar üçün)
9. “Pəltək Cücə” – 27 aprel (uşaqlar üçün)
10. “Kimdir müqəssir” – 1 may (böyüklər üçün)
11. “Humayın yuxusu” – 5 may (uşaqlar üçün)
Turan Etibaroğlu
Analoq.az