Cəmiyyət

Tanınmış həkim müğənni Elnarə Xəlilovaya cavab verdi

Azərbaycan respublikasının birinci- vitse prezidenti Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Zərifə xanım Əliyeva da çox savadlı həkim olub .Bəs onların haqqı tapdalanmır?

Müğənni Elnarə Xəlilovanın “İnstagram” da həkimlər haqqında paylaşdığı post izləyicilər, eləcə də həkimlər tərəfindən birmənalı qarşılanmayıb.

Müğənni posta rəy yazıb münasibət bildirən həkimləri isə ağır formada tənqid edib.

Tanınmış həkim Aynurə Hidayətqızı müğənni Elnarə Xəlilovanın məlum paylaşımıyla bağlı Analoq.az-a açıqlama verib.

Aynurə Hidayətqızı bildirib ki, həkimlər məni sakitləşdirsələr də, mən sakitləşmədim. Mən bu barədə danışmalıyam. 17 illik təcrübəsi olan həkiməm.Və müğənninin elə deməsi mən və mənim kimi həkim həmkarlarımın hüququnun tapdanması deməkdir.

Azərbaycan respublikasının birinci- vitse prezidenti Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Zərifə xanım Əliyeva da çox savadlı həkim olub .Bəs onların haqqı tapdalanmır?

Elnarə Xəlilova deyir ki , həkimlər üçqat maaş alır. 350 manata üçqat deyir?

Müğənnilər toylara minumum 3000-5000 manata gedirlər. Orada da fonoqramma oxuyurlar.

Tanınmış həkimin əlavə etdiyinə görə,”İnstagram” hesabında post paylaşandan sonra fərdi adamlara,həkimlərə ağır formada rəy yazan Elnarə Xəlilova sonradan deyir ki,səhifəni mən idarə etmirəm.Hansısa şirkətlə müqavilə bağlamışam onlar idarə edir.Elnarə Xəlilova kimlərə rəydə cavab vermişdisə mən həmin rəy yazılan xanımı tapdım. Xahiş elədim ki, ona yazılanları olduğu kimi mənə göndərsin. Mən bir-bir hamısını araşdırdım.

“İnstagram” da Elnarə Xəlilovaya dəstək verənlər az olmadı. Qeyri-peşakarlıq hər sahədə var.O cümlədən tibb sahəsində də.Əgər belə beş – üç həkim varsa biz niyə onların hesabına tənqid olunmalıyıq?

Azərbaycanda minlərlə özünü fəda edən həkimlər olub.Bu gün də var.

Elnarə Xəlilova kimilərə demək istəyirəm ki, yalandan hərbi forma geyinib , bayraq tutub, mahnı oxumaq vətənpərlik deyil. Vətənpərvərlik əsgər səngərdə yaralananda onun yanında olmaq,onu müalicə etməkdir.

Elnarə xanımın yəqin heç dişi, gözü ağrımır.Bəlkə həkimə müraciət eləmir. Və yaxud da onun həkim qohumu yoxdur. Ona görə belə rahatlıqla danışır.

Mən imkanı olmayan xəstələrə müəyyən endirimlər edirəm.Çox vaxt onların müayinəsinin pulunu öz cibimdən ödəyirəm.

Bir daha demək istəyirəm Elnarə Xəlilova çox arxayınlıqla biz həkimləri pisləməsin .Mən və məni kimi həkimləri də o siyahıya salmasın!

Analoq.az

Daha çox
Back to top button
Close