Dünya

Prezident görün neçə kitabın müəllifidir

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov türkmən xalqının çoxəsrlik yaxşı ənənələrinə və milli təməllərinə həsr olunmuş yeni, sayca 53-cü kitabı üzərində işini başa çatdırıb.

Analoq.az xəbər verir ki, yeni kitabda dövlət başçısı xalqın adət-ənənələrinə xüsusi diqqət yetirib.

Bildirilir ki, Türkmənistan rəhbəri öz əsərində tarixi mənbələri araşdıraraq elmi əsaslarla məlumat toplayıb və sistemləşdirib.

Əsər on iki fəsildən ibarətdir. Prezident kitabı “Türkmənlərin ruhani dünyası” adlandırıb və çap edilmək üçün nəşriyyata göndərib.KONKRET.az

Analoq.az

Daha çox
Back to top button
Close