İqtisadiyyat

Qax-Balakən regionunun ləzzətləri yerli qida yarmarkalarında

Yayın istirahət əhvalı sizi tərk etmədən təqviminizdə Qax-Balakən regionuna səfər üçün yer ayırın! Bu səfər həm çox maraqlı, həm də dadlı və sağlam olmağı vəd edir.

Yayın istirahət əhvalı sizi tərk etmədən təqviminizdə Qax-Balakən regionuna səfər üçün yer ayırın! Bu səfər həm çox maraqlı, həm də dadlı və sağlam olmağı vəd edir.
Özünəməxsus mətbəxi və qidaları olan Şimal-Qərb rayonlarının yerli qida hazırlanması ilə məşğul olan kiçik istehsalçıları məhsullarını yarmarkaya çıxaracaqlar. Yerli qida yarmarkaları sentyabrın 11-də Qax şəhəri, 12-də İlisu kəndi (Səngər Qala oteli), sentyabrın 18-də Zaqatala şəhəri (Meydan), 19-da isə Balakən şəhərində (Heydər Parkı) keçiriləcək.
Yarmarkala Avropa Birliyinin maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində yaradılmış 19 istehsal qrupu üçün təşkil olunur. Qonaqlar fındıqdan yalnız bu zonaya xas müxtəlif şirniyyatları, meyvə qurularını, qaxac ət və qaxac dolmasını, onlardan hazırlanan xörəkləri, meyvə quruları və mürəbbələri, onlarla müxtəlif təamları dada və ala biləcəklər.
“Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin məqsədi kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərini inkişaf etdirməkdir. Layihə bölgə üzrə geniş istehsal dairəsi olan, lakin bütün istehsalçıları birləşdirən problemlərə malik fındıq əzməsi, xirnik qurusu, xirnik bəkməzi, bal, qoz mürəbbəsi, qaxac ət məhsulları kimi 6 məhsulun istehsalında mövcud problemləri həll etməklə dəyər zənciri formalaşdırır.
Layihə çərçivəsində 200-dən artıq benefisiara biznes planın hazırlanması, xərclərin hesablanması, brendləşmə, kooperativ fəaliyyət, qida təhlükəsizliyi, aqrar turizm və digər mövzularda təlimlər verilib. Növbəti mərhələdə istehsalçılara avadanlığın təqdim edilməsi, bazara çıxışla bağlı kömək göstərilməsi nəzərdə tutulub.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button