Cəmiyyət

Ziyalılar Mərkəzi şəhid generalla bağlı müsabiqə elan etdi

Ziyalılar Mərkəzinin İdarə Heyəti qərar verib ki, ermənilərin Tovuz rayonunda şəhid etdiyi xalqımızın qəhrəman və nümunəvi oğlu Polad Həşimovun əbədiyaşarlığı naminə naminə “General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş ən yaxşı şeir, məqalə-esse və hekayə müsabiqəsi” nə start verilsin. Belə ki, 18 oktyabr Azərbaycan Respublikasının Milli Müstəqillik günündə qaliblərin elan olunacağı qeyd edilib. Odur ki, yazarlar, şairlər, jurnalistlər öz qələmlərini sınayaraq mərhum generala həsr edilmiş yazılarını qeyd edilən ünvana yollaya bilərlər. Tanınmış şair, yazar, pedaqoq və elm adamlarından ibarət mütəxəssislər qrupu münsiflər heyəti olaraq yazıları incələyərək yerləri müəyyən edəcəklər. Qaliblərə Ziyalılar Mərkəzinin diplomu, fəxri fərmanı təqdim edilərək kitab hədiyyə olunacaq.

18 oktaybrda qaliblərin elan olunması nəzərdə tutulduğundan 1 oktyabra qədər yazıların ünvana göndərilməsi xahiş olunur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button