Cəmiyyət

Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA

“Hazırda toyların keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmur”.

Analoq.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, toyların keçirilməsi birinci və ikinci addımda mümkün deyil:

“Toyda çoxlu sayda insan qapalı məkanlarda toplaşır. Bu qərar müəyyən dövrdən sonra veriləcək. Hər şey sosial-epidemioloji vəziyyətdən, qaydalara əməl edilməsindən asılı olacaq”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button