Müsahibə

“Şaumyan azərbaycanlıları, həm də yəhudiləri öldürürdü”-MİXAYIL FİNKEL

Tanınmış yəhudi ictimai xadimi, politoloq, publisist, hüquq doktoru və yazıçı Mixail Finkel Analoq.az-a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:

– Mixail, İsrailin Iton TV telekanalında müsahibə verərkən, siz müasir Azərbaycanın Xəzər İmperiyasının davamı olduğu barədə danışmısınız. Bu, indiki azərbaycanlıların Xəzər İmperiyasının gerçək davamçıları olduğu mənasını verə bilərmi?

– Salam. Həqiqətən də, bir çox çıxışlarım zamanı mən Azərbaycanın böyük Xəzər İmperiyasının xələfi olduğu barədə danışmışam. Yeddi il əvvəl mən “Xəzərilər haqqında danışılanlar” tarixi romanını yazmışdım. Mən bu mövzunu dərindən öyrəndim, həmin mövzudan bəhs edən onlarla kitablar vasitəsi ilə araşdırmalar apardım. Təqribən üç il əvvəl İsrailin Iton TV kanalında mən Xəzər xaqanlığının tarixi barədə üç verliş hazırladım. Xəzərlər azərbaycanlılar kimi türk olublar. Xəzər xaqanlığının ərazisi nəhəng olub, oraya Qafqaz, praktiki olaraq bütün müasir Ukrayna, eləcə də Rusiyanın bir çox cənub torpaqları aid olub. Çox az adam bilər, ancaq çoxillik xəzəri-ərəb müharibəsi zamanı məhz Xəzər ordusunun və onun böyük atlı dəstəsinin, oxatanlarının qəhrəmanlığı sayəsində ərəb və farsların Qafqazdakı ekspansiyalarının qarşısı alındı. Əgər xəzərilər və onların qoyduqları “qalxan” olmasaydı ərəblərin ekspansiyaları əbədi şəkildə davam edərdi.

“Kaspi dənizi bu günün özündə də Xəzər dənizi adlandırılır”

Xatırlatmaq istərdim ki, məhz xəzərilər çox sayda ərəb ordusunu çox dağıdıb və bugünkü İraqın ərazisinə daxil olan Mosula qədər gedib-çıxıblar.

Əgər biz bugünkü azərbaycanlılara baxarsaq, onlar türk xalqıdır. Həmin xalq ki, bu gün vaxtilə Xəzər İmperiyasına daxil olmuş ərazidə yaşayır.

Daha bir fakta diqqət yetirək ki, Kaspi dənizi bu günün özündə də Xəzər dənizi adlandırılır. Azərbaycanda bor çox adlar xəzəri köklərinə malikdir. Əgər biz Azərbaycan xalqının tarixini izləyərək, onu dərindən öyrənsək hamısı olmasa belə, böyük hissəsinin xəzərilərin nəslindən olduqlarını deyə bilərik.

İndi isə azərbaycanlı və yəhudi xalqlarının qardaşlıq münasibətlərinə baxaq. Əgər biz xəzərilərin yazışmalarına baxarsaq, onda həmin yazışmalarda sonuncu Xəzər xaqanı İosifin yəhudilərin Kordova xəlifəsinin məsləhətçisi Xasday ibn Şapruta yazdığı məktubunu müəyyən edərik. Görərik ki, o xəzərilərin multikulturalizmini təsvir edir. Xəzər İmperiyasında yəhudilərlə yanaşı, müsəlmanlar, xristianlar və bütpərəstlər də yaşayıb. Onların hər birinin öz icmasına aid müxtəlif məhkəmə sistemləri olub.

Sinaqoqlar, kilsələr, məscidlər və bütpərəst məbədlər fəaliyyət göstərib. Necə ki, bu gün Azərbaycanda olduğu kimi: qardaş xalqlar bu ölkədə sülh və əminamanlıq şəraitində yaşayırlar. Mulltikulturalizm bir-birinə hörmət, başqa mədəniyyətlərə rəğbət deməkdir. Bu gün onların hər biri Xəzər xanaqnlığında olduğu kimi Azərbaycana da bütün dəyərləri ilə sirayət edib, hopub.

Bu ölkə genetik olaraq, Xəzər xaqanlığının davamıdır. Həm mədəniyyət, həm mentallıq baxımından Azərbaycan türkləri qardaş yəhudi xalqı ilə yanaşıdır, yaxındır. Azərbaycandakı bütün yəhudilər bu torpağı özlərinin ikinci Vətəni hesab edirlər. Xəzər imperiyası zamanında da yəhudilər bu cür düşünürdülər. Məhz xəzərilər yəhudiləri bizanslıların və bunun arxasınca ərəb xəlifəliyinin dəhşətli diskriminasiyalarından, qorxulu talanlarından xilas ediblər. Yəhudilər Xəzər imperiyasına qaçırdılar və rahat yaşaya biləcəkləri torpağını öpürdülər.

-Bəzi azərbaycanlılar hesab edirlər ki, İsrail Azərbaycanı İrana qarşı forpost kimi istifadə edir. Siz bu barədə nə düşünürsünüz?

– Mən, Azərbaycanla İsrail arasındakı beynəlxalq terrorçuluqla mübarizə və hərbi kəşfiyyat sahəsində strateji əməkdaşlığın olmasını gizlətməyəcəyəm. Biz bir yerdə silah yaradırıq. Azərbaycan yalnız İsrail istehsalı olan silahları almır, bu yanlış düşüncədir! Bizim ümumi düşmənlərimiz var, bizdə dünyanın gələcəyinin necə olması barədə müasir baxışlarımız var. Biz müasir ölkələr olaraq terrorizmə aparan fanatizmə, dini düşüncəsizliklərə, klerikalizmə nifrət edirik. Biz o güclərə qarşıyıq ki, onlar tarixi torpaqlarımızın işğalını qanuniləşdirmək istəyirlər.

“Əkdaşlığımızın İrana qarşı hədəf götürülməsi barədə danışılanları doğru hesab etmirəm”

Və həqiqətən də, bizim xalqlarımızın taleləri çox bənzərdir. Biz fiziki məhvə və təqibə hesablanmış Xolokostdan keçmişik, Azərbaycan xalqı dəhşətli soyqırımını yaşayıb. Necə ki, yüz il əvvəl Şaumyanın vaxtında olduğu kimi, qorxulu Xocalı soyqırımı baş verib. Bütün bunlar bizi yaxınlaşdırır. Lakin mən bizim əkdaşlığımızın İrana qarşı hədəf götürülməsi barədə danışılanları doğru hesab etmirəm. İsrail İranla müharibə istəmir və Azərbaycan da İranla münasibətlərin pisləşməsini arzulamır. Düşünürəm ki, baxışlarımız bənzərdir. Bizi sülh maraqlandırır. Hətta istənilən qarşıdurmadan və müharibədənsə, soyuq sülh daha yaxşıdır.

– Həm Azərbaycan, həm də yəhudi xalqları soyqırımlarına məruz qalıblar. Siz qeyd etdiniz ki, efirdə çıxışınız zamanı Xocalı hadisəsini xatırlatmısınız. Həm Azərbaycan, həm də İsrail qonşuları tərəfindən torpaq iddiaları ilə hücumlara məruz qalırlar. Belə olan halda yəhudi xalqının azərbaycanlılarla bir yerdə bu kimi situasiya ilə mübarizə aparması daha doğru olmazdımı?

Həqiqətən də, İsrailə və Azərbaycana bu kimi məsələlərin həlli, elə də mehriban olmayan qonşuları ilə mübarizələri üçün əməkdaşlıq lazımdır. Əgər bütün dünya “İsrail işğalı” kimi adlandırılan məsələ barədə danışırsa, bu ümumiyyətlə doğru deyil. Çünki həmin torpaqlar heç bir dövlətə aid deyil. İordaniya zamanında “İordan çayının qərb sahili” deyilən ərazidən imtina edib.

Misir isə Qəzza zolağından imtina edib. Bunu unutmaq olmaz. Ona görə də, həmin torpaqlar kimsəyə aid deyil. İsrail işğalçı deyil!

“Qondarma Dağlıq Qarabağ rejimi heç kim tərəfindən tanımır, hətta Ermənistan tərəfindən də”

Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan barədə danışarkən ərazilərinizin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalıb. Qondarma Dağlıq Qarabağ rejimi heç kim tərəfindən tanımır, hətta Ermənistan tərəfindən də. Və heç vaxt da tanınmayacaq! Bu məsələdə İsrailin beynəlxalq arenadakı fəaliyyətindən, ən yaxşı hüquqşünasların təcrübəsindən istifadə etmək olar. Həmin məsələləri bütün beynəlxalq səviyyələrdə qaldırmaq lazımdır! Düzdür, müəyyən fikir ayrılıqları, bəzi çətinliklər, müxtəlif baxışlar olsa da, biz bütün hallarda birləşməliyik. Bir daha vurğulayım ki, bizim qarşılıqlı anlaşmamız, ümumi baxışlarımız fərqlərimizdən çoxdur. Bu, dərin anlaşmadır ki, o da yalnız bir-birini sevən insanlar, qardaşlar arasında olur.

– Mixail, siz bəyan etmisiniz ki, yəhudi xalqının bir hissəsinin azərbaycanlılarla eyni kökləri var. Məhz bu tezis üzərində əsaslanaraq xalqlarımız arasındakı münasibətləri daha da möhkəmləndirmək olmazmı?

Həqiqətən də, yəhudilərinin DNA (qanlarında) 13 faiz türk genləri vardır. Bu, bizim xəzərilərlə nikahlarımızın nəticəsidir. O cümlədən, bizim taleyimiz sizin xalqın taleyi ilə bənzərlik təşkil edir. Məsələn, xalqlarımızın soyqırımlarına məruz qalmaları. Bu həmin Şaumyandır ki, həm azərbaycanlıları, həm də yəhudiləri öldürürdü. Onun çox az tərəfdən bolşevik, əsasən isə daşnak olmasını demək daha doğru olardı. Burada fikir ayrılığı yoxdur. Sirr deyil ki, bir çox insanlar həmin zamanlarda bolşevik ideyalarından istifadə edərək hakimiyyətə yiyələnirdilər. Sonra isə ərazilərin işğalı və varlanma üçün də bu ideya istifadə olundu. Axı, nəyin elan olunduğunun əhəmiyyəti yoxdur, bəzən bu və ya digər sinfin və ya cəmiyyətin hansı bayraq altında mübarizə apardığının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan elan edilən deyil, bu xarici təsirin nəticəsidir. Yəni əsas məsələ xarici deyil, daxili məzmundur.

“Bu rəzillik erməni xalqının üzərində damğa olaraq qalmaqdadır”

Əgər biz Şaumyanın nələr etdiyini xatırlayarsaq – hansı ki, o azərbaycanlılara və dağ yəhudilərinə qarşı əsl genosid törədirdi və əməllərini kommunizm ideologiyası ilə eyniləşdirərsək, bu zaman həmin əmllərin kommunizmin beynəlmiməlçilik ideyaları ilə heç bir bağlılığının olmadığını görərik. Şaumyan söz yox ki, kommunizm ideyalarını şəxsi maraqları və mənsub olduğu xalqının maraqları üçün istifadə edirdi. Lakin inanmıram ki, bu metodlar erməni xalqının xeyrinə işləyib. Əksinə, bu metodlar rəzilliyə və dəhşətli cinayətlərə gətirib-çıxardı və həmin xalqın üzərində damğa olaraq qalmaqdadır.

Savalan Talıblı
Rus dilindən tərcümə etdi Rövşən Rəsulov
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button