Ölkə

“Tənqiddən nəticə çıxarıb, düzəlməyə çalışmaq vacibdir”-MİLLƏT VƏKİLİ

“Haqlı, ədalətli və sağlam tənqidə dözümlü yanaşmaq lazımdır. Tənqiddən nəticə çıxarıb, düzəlməyə çalışmaq vacibdir. Xalqın bildiyi həqiqətləri demişəm. İndi bəzi jurnalistləri, vətəndaşları, yağ-bal içində bəslənən qohum-əqrəbanızı öyrədib lazım olmayan suallar verdirirsiniz, yazdırırsınız, şər-şəbədə ilə məşğul olursunuz.”

Bu fikirləri Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev “Facebook” da paylaşıb.Partiya sədri paylaşdığı postda daha sonra bildirib ki, mənim haqqımda nə tapsanız da, xalqın malının və büdcəsinin talanmasını tapmayacaqsınız. Xalqdan milyonlarla vəsaiti oğurlamaq, büdcəni talamaq, korrupsiya və rüşvətxorluqla məşğul olmaq çox böyük cinayətdir. Siz bunu düşünün, sonra məndə eyib axtarın.

Dövlətçiliyi və müstəqilliyi bu xalq qanı və canı bahasına qazanıb. Qarabağda on minlərlə şəhid verib. Azğın və mənfur erməni və havadarları ilə üzbəüz dayanıb. Sizin hərəkətiniz həm də təmsil etdiyiniz düşərgəyə, sizi bataqlıqdan çıxarıb dövlət adamı edən (əfsus ki, dövlət adamı ola bilmədiniz) Prezidentə qarşı yönəlikdir.

Bunu da unutmayın. Çoxları bilir ki, Razi Nurullayev dövlətçi adamdır, dövlətini, xalqını sevir və dövlətçilik atributlarına da sadiqdir. Heç nəyi də boş yerdən etməz, yalan danışmaz.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button