Ölkə

“Gərək,elə Hafiz Hacıyev deyib özünə düşmən qazana?”-HAFİZ HACIYEV

“Dövlət başçısı millətə nə qədər yardımlar edir, pullar ayırır. Prezident hər şeyi həll edən kimi vurub dağıdırlar ki, Azərbaycanda narazılıq olsun.”Bu sözləri BAXAR.AZ-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

“Filankəsin poliklinikasında testin biri 170 manata edilir. Niyə? TƏBİB-in sədri həmin poliklinikalarda işləyirdi. Azərbaycan Milli İstiqlal Partiyasının üzvü idi. Getsinlər kitabxanadan çıxarıb baxsınlar. Gərək,elə Hafiz Hacıyev deyib özünə düşmən qazana? Nə qədər düşmən qazanım sizə görə mən?

Mən dövlət başçısına olanları deyirəm. Cənab prezidentimiz də bunları izləyir. Ona yazılan məktubların bir kopyasını da mənə yollayırlar. 1 gündə mən 100-150 nəfər adamla görüşürəm. Hər birindən bir söz eşitsəm, kifayət edir.

Katibələrinə fransızki duxu alıb vurdururlar ki, elə çay apar, çay gətir. Rəhmətlik Heydər Əliyev deyirdi ki, arvadları bunlara çay vermir, bəzi nazirlər gələndə katibələri bunlara çay gətirir. Bunlar həmin adamlardı.

Bunlar bu tərbiyədə böyümüş adamlardı, bunlar bizim millətdən deyil. Gərək, millətini sevəsən, dövlətini sevəsən, prezidentinə bağlı olasan. Bunların məqsədi odur ki, Azərbaycanda qarışıqlıq yaratsınlar, küçələrə milləti töksünlər, orda o yolu kəssinlər. Nazirlər göstəriş verir yerli nümayəndələrinə, onlar onu yerinə yetirmirlər. Deyir ki, mən nazirin haqqını verirəm də.”

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close