Sağlamlıq

“Hıçqıran insanlar diqqətli olmalıdırlar”-HƏYACAN TƏBİLİ

Tibb dünyasının aparıcı jurnallarından “The American Journal of Emergency Medicine”də yayımlanan məqalədə koronavirusun yeni simptomu olduğu bildirilib.Medicina.az xəbər verir ki, məqalədə 62 yaşlı Çikaqo sakininin 4 gün gün dayanmadan hıçqırdığı və koronavirusun heç bir simptomunu daşımadığı qeyd olunub. İlkin mərhələdə xəstənin bədən temperaturu 37,3 dərəcə olub. Lakin getdikcə vəziyyəti pisləşib və xəstəxanaya müraciət edib. Koronavirus testinin nəticəsi müsbət çıxdıqdan bir müddət sonra istiliyi 38,4-ə çatıb. Həmçinin onun ciyərlərinin vəziyyəti də zamanla pisləşib.

Xəstəxana həkimləri qeyd edib ki, uzun müddət hıçqıran insanlar diqqətli olmalıdırlar. Çünki bəzi xəstələr fərqli simptomlarla bizə müraciət edirlər.

Xatırladaq ki, koronavirusun yüksək qızdırma, quru öskürək, yorğunluq, boğaz ağrısı, ishal, iy və dad bilmə hissinin itməsi, baş ağrısı kimi simptomları var.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button