Elm və təhsil

Koronavirusa görə imtahan verə bilməyənlərin taleyi necə olacaq? – RƏSMİ

Azərbaycanda 13-14 avqust tarixlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Bəzi abituriyentlər koronavirusa yoluxma səbəbindən qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. Bəs, onların taleyi necə olacaq? Həmin abituriyentlərə yenidən şans veriləcəkmi?

ANALOQ.AZ xəbər verir ki, azvision.az bu suallara cavab tapmaq üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb.

DİM rəsmisi bildirib ki, buraxılış imtahanlarının və yeni qəbul imtahanlarının birinci mərhələsi bir neçə istiqamət üzrə keçirilirdi deyə, üzrlü səbəbdən bu imtahanlarda iştirak edə bilməyənlər üçün növbəti imtahan günlərində şərait yaradıldı və onlar da gəlib imtahan verirdilər.

Qəbul imtahanlarına gəlincə, qurum rəsmisi deyib: “Qəbul imtahanlarının ikinci mərhələsi isə yalnız bir dəfə keçiriləcək. Bu proses zəncirvari şəkildə davam edə bilməz. 10 minlərlə insan imtahanda iştirak edir və onların nəticələri dərhal emal olunmalıdır ki, ixtisas seçimi etsinlər və müsabiqə keçirilsin”.

Daha çox
Back to top button
Close