Cəmiyyət

7 fevral 2024-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin müşahidəsi ilə bağlı İLKİN FAKTLAR VƏ NƏTİCƏLƏR

Üç ictimai birlik – “Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Multimedia” İnformasiya sistemləri və Texnologiyaları Mərkəzininin 20 dekabr 2023-cü il tarixdə yaratdıqları “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı 542 müşahidəçi ilə 63 seçki dairəsi üzrə 792 seçki məntəqəsində seçkiləri müşahidə edib. Bu rəy seçki kampaniyası dövründə və seçki günü aparılmış təhlillərə, müşahidələrə əsaslanan ilkin qiymətləndirmələrimizi əks etdirir.

Seçki günü həyata keçirdiyimiz müşahidə və təhlillərimiz 25 yanvar 2024-cü il tarixində təqdim etdiyimiz “Aralıq Hesabatı”nda qeyd edilmiş əsas nəticə və faktları təsdiqləməyə imkan verir;
 Seçki günü səsvermə prosesi demək olar ki, qanunvericiliyin tələblərinə uyğun təşkil edilib, seçki məntəqələrində seçicilərə təzyiq və ya hədə-qorxu halları müşahidə edilməyib;
 Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyaları qarşısında ictimai etiraz halları müşahidə edilməyib.

İLKİN NƏTİCƏLƏR

Seçki günü “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının ümumrespublika müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bir sıra rayonlarda məntəqə sədrləri müxtəlif bəhanələrlə buna mane olmaq istəyib, lakin Koalisiya hüquqşünaslarının müdaxiləsindən sonra müşahidəçilər problem yaranan məntəqələrə sərbəst daxil ola biliblər;
 Müşahidəçilərə öz vəzifələrini həyata keçirilməsi üçün əsasən şərait yaradılıb. Lakin 116 saylı Qəbələ Seçki dairəsinin 2 saylı məntəqəsində yer olmadığına görə müşahidəçimizə ayaqüstə müşahidə aparmaq təklif olunub, 19 saylı Nərimanov birinci seçki dairəsinin 21 saylı məntəqəsində isə müşahidəçimizin foto və video çəkiliş aparmasına seçki komissiyasının sədri əngəl törədib;
 Səsvermə məntəqələrinin açılışından əvvəl boş seçki qutularının nümayişi və möhürlənməsi prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib;
 Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulan standartlara cavab verib, məntəqələrdə gizli səsverməyə zəmanət verən şərait yaradılıb;
 Müşahidə apardığımız seçki məntəqələrinin əksəriyyətində səsvermə prosesi ümumilikdə normal keçib;
 Seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb;
 Səyyar səsvermə prosesi təlimata uyğun həyata keçirilib və hər hansı şikayət daxil olmayıb;
 Səsvermə prosesinə kənar müdaxilə hallarına rast gəlinməyib, seçici fəallığı çox olub;
 Seçki məntəqələri daxilində zərurət olmadan polis əməkdaşları və ya rəsmi şəxslər müşahidə olunmayıb;
 Medianın məntəqələrdə seçki prosesini işıqlandırmasına əsasən şərait yaradılıb, bununla yanaşı, bir sıra məntəqələrdə jurnalistlərin öz fəaliyyətini həyata keçirməsinə məhdudiyyətlərin tətbiq olunmasına cəhdlər göstərilib;
 Yasamal üçüncü seçki dairəsinin 17 saylı Seçki məntəqəsində bəzi seçicilərin qeydiyyatına uyğun olmayaraq səsverməyə gəlməsi halları müşahidə olunub;
 Müşahidə aparılan bəzi məntəqələrdə səsvermə bitdikdən sonra səslərin müşahidəçilər olmadan sayılmasına cəhdlər olub, amma müşahidəçilərin qəti etirazından sonra bu imkan təmin edilib;
 Bəzi məntəqələrdə müşahidəçilərə gün ərzində seçici fəallığı ilə bağlı məlumatların verilməsindən imtina edilib. Bu kimi pozuntular müşahidə olunan dairə və məntəqələrin dəqiq siyahısı Yekun Hesabatda öz əksini tapacaq.

“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının apardığı monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, əvvəlki seçkilərdə səsvermə zamanı baş verən pozuntuların növləri və xarakteri bu seçkilərdə çox az sayda olsa da, müşahidə olunmuşdur. Bu pozuntular ümumi nəticəyə həlledici təsir etməsə də, göstərir ki, Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsi üçün hələ də bəzi hüquqi və texniki tədbirlər görülməlidir. Belə ki, kifayət qədər maliyyə imkanlarına baxmayaraq, son 10 ildə MSK tərəfindən seçki məntəqələrində quraşdırılan veb-kameraların sayı artırılmayıb və bu kameralar məntəqələrin ümumi sayının 20%-ini belə əhatə etmir. Eyni zamanda MSK tərəfindən elektron səsvermə üçün sistem yaradılmayıb və bütövlüklə seçki prosesi zamanı keçirilən prosedurların rəqəmsallaşması aşağı səviyyədədir.

Seçki prosesinin yalnız səsvermədən ibarət olmadığını nəzərə alaraq qeyd olunmalıdır ki, hazırkı seçkiqabağı təşviqat prosesi zamanı real rəqabət mühiti yaranmamışdır. Bunun əsas səbəbi əksər namizədlərin hazırkı dövrdə ölkə başçısına özlərini real rəqib görməməsində idi.

Prezidentliyə əksər namizədlərin televiziya və radiolardakı debatları ictimai gündəmi formalaşdıra bilməyib, onlar cəmiyyətə xüsusi rezonans doğurmayıb.

Bunları nəzərə alaraq “Seçki Müşahidə və Təhlil Qrupu” koalisiyası

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button