Hadisə

İri ticarət mərkəzləri açılır? – RƏSMİ + VİDEO

İri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur.Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, insanların alış-verişlə bağlı məsələlərini ənənəvi üsullarla həll etməsi tövsiyə edilir:

“Bunun üçün yarmarkalar, digər mağazalar var. Hazırda iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə edilir. Yeni qərar olarsa, bu barədə məlumat veriləcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button