Cəmiyyət

“Miqrasiya Prosesləri” İctimai birliyinin növbəti tədbiri keçirildi – Fotolar

2015 ildən fəaliyyət göstərən “Miqrasiya Prosesləri” İctimai birliyinin təsisçisi və rəhbəri Fəridə Hicranın Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlıların icmaları ilə görüşü baş tutub.

Görüşdə, Fəridə xanımın işlədiyi layihələr barədə söhbət açmış və bu işin ən önəmli cəhətinin Azərbaycanın yüksək mədəniyyəti və dövlətçiliyinin yerli ictimaiyyətə çatdırmaq olduğunu qeyd etmişdir.

Həmçinin, Fəridə xanım, Azərbaycanın multikultural dəyərlər diyarı olması və Prezidentimiz cənab İlham Əliyevin tolerantlığa verdiyi üstünlüyün bir çox ölkələrə örnək olmasını vurğulayıb.

O, “Miqrasiya prosesləri” İctimai Birliyinin fəaliyyətinə nəzər salaraq, 2016-cı ildə ilk olaraq Niderland Krallığında yerləşən Haaqa Ədalət Məhkəməsinin qapısını açan və özünün müəllifi olduğu “Qarabağda talan var” kitabının orada təqdimatı barədə danışıb.
Qeyd edib ki, onun təsis etdiyi Birlik Azərbaycandan olan ilk təşkilatdır ki, Haaqa beynəlxalq məhkəməsinə öz kitabını çatdrmaqla bərabər, Azərbaycan həqiqətləri barədə burada danışmışdır.

İctimai birlik rəhbəri həmçinin Niderland Krallığı televiziyasında da çıxışından söhbət açıb. Həmçinin Niderlandda yaşayan həmyerlilərimiz və diaspora fəalları ilə sıx əməkdaşlıqdan və onların fəaliyyətlərindən danışıb.

Bu dəfə isə, Fəridə xanım Hamburqdakı soydaşlarımızla görüş keçirərək onların problemləri və qayğıları ilə maraqlanmışdır.

Həmçinin, burada fəaliyyət göstərən icma üzvlərinin fəaliyyəti ilə qürur duyduğunu, buradakı dəyərli və vətənpərvər insanlarla tanış olduğunu qeyd etmişdir.

Fəridə xanımın tövsiyələrindən ən əsası isə burada doğulub böyüyən gənc nəsil azərbaycanlılara ana dilinə rəğbət hissinin aşılanması , mədəniyyət və musiqimizə məhəbbətin təbliğ olunması oldu.

Görüşdə Alman Azərbaycan Dostluq dərnəyinin rəhbəri Xəlil Xəlilov, Rasim Tağıyev, Fəxri Həsənli, İrak Türkmənləri təşkilatının rəhbəri Rəmzi Yazim, üzvlərdən Əsgər Ələkbərov da iştirak ediblər.
Fəridə xanım vurğulayıb ki, burada hər bir azərbaycanlının evi onlar üçün bir növ, görüş düşərgəsidir. Burada soydaşlarımız, gündəmdə olan məsələlər, vətənimizdə baş verən hadisələri müzakirə edirlər.

Eləcə də, bu şəhərdə, gələcəkdə Azərbaycan evinin açılmasının zəruri olduğunu vurğulanıb.

Əsas məsələ isə, soydaşlarımızın Qarabağ haqda ermənilərin qurduqları mifləri dağıdıb yox etmək və yerli ictimaiyyətə həqiqəti düzgün şəkildə çatdırmaqdır.

Hamburq şəhərində yaşayan soydaşlarımız belə görüşlərin daha da sıx keçirilməsinin vacibliyindən danışıblar.

Sonda xatirə fotoları çəkilib və növbəti görüşlər barədə fikir mübadiləsi aparılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button