Ölkə

Ombudsmanın fəaliyyəti dondurulubmu?

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətini dondurub.“Report”un xəbərinə görə, avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür heç bir məlumat yoxdur.

Belə ki, Ombudsmanın rəsmi internet resursu olan http://www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olub. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Baxmayaraq ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumatların yayıldığı günədək, demək olar ki, S.Əliyevanın keçirdiyi görüşlər, tədbirlər, qəbullar və bütövlükdə təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button