Ölkə

“Kupça” almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlayıb.Nazirlikdən Pravda.az-a verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 2-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 196, 3159-cu məhəllə ünvanında, sentyabrın 4-də isə Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq on ünvanda səyyar sənəd qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button