Cəmiyyət

İcra başçısı Alimpaşa Məmmədovdan 102 qaynar xəttinə şikayət olundu-SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi Şəmkir rayon icra başçısı erməni əsirliyindən qayıdan Dilqəm Əsgərovu ötən gün ziyarət edib.

Sosial şəbəkələrdə yayılan fotolordan da aydın görünürdü ki,icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovla görüşdə tibbi maskadan istifadə etmədiyinə görə karantin qaydalarını pozub.

İcra başçısı Alimpaşa Məmmədov karantin qaydalarına zidd olan yas mərasiminin təşkilinin dağıdılması ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.Karantin qaydalarına ciddi şəkildə əməl etməyi tapşıran icra başçısı müəyyən müddətdən sonra Şəmkir rayonunda yerləşən restoranların birində ziyafət məclisində göründü.

Tanınmış videoblogger Ata Abdullayev öz “İnstagram” hesabında icra başçısı Alimpaşa Məmmədovun tibbi maskadan istifadə etmədiyinə görə video paylaşdığını oxucularımızın nəzərinə yetirmişdik.


Əldə etdiyimiz məlumata görə videoblogger bu gün 102 qaynar xəttinə zəng vuraraq Alimpaşa Məmmədovun karantin qaydalarına riayət etmədiyinə görə şikayət ünvanlayıb.

Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlayan videobloggerə bildiriblər ki, şikayəti ilə bağlı araşdırma aparılır. Tezliklə bu barədə məlumat veriləcək.

Videoblogger öz “İnstagram” səhifəsində həmçinin qeyd edib ki, qanunlarımızın aliliyinə inanıram və demokratik ölkə olduğumuzdan, söz azadlığımızdan və hüquqlarımızdan istifadə edirik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button