Ölkə

İcra başçısının restoranında toy keçirilib-VİDEO

Lənkəranın icra başçısı Taleh Qaraşova məxsus “Deniz” restoranında hər gün xeyli sayda qonaqların iştirak etdiyi məclislər keçirilir.Analoq.az xəbər verir ki, şəhər sakinləri virtualaz.org-a bildiriblər ki, restoran rəhbərliyi karantin rejiminin tələblərinə tamamilə məhəl qoymur.

Yerli sakinlərin dediyinə görə, Operativ Qərargahın qərarına zidd olaraq “Dəniz” restoranında hər gün toylar təşkil edilir.

Restoran rəhbərliyi toyların təşkilini 3-5 min manat arasında məbləğə qiymətləndirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button