Dünya

PKK Kremlə dəvət olundu – TÜRKİYƏDƏN ETİRAZ

Terrorçu PKK təşkilatının Suriya uzantısı PKK/YPG-nin rəhbərliyinin Rusiyaya dəvət edilməsi Ankarada böyük narahatlığa və etiraza səbəb olub.Analoq.az xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya etirazını bildirdi.

XİN-nin açıqlamasında deyilir ki, “Terror təşkilatı PKK / YPG-nin rəhbərliyi altında qondarma” Suriya Demokratik Şurası “nın təmsilçilərindən ibarət bir qrupun Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya rəsmi orqanları tərəfindən yüksək səviyyədə qəbul ediləcəyi bizi narahat edir.
PKK/YPG Suriyanın ərazi bütövlüyünü və xüsusilə də Türkiyənin milli təhlükəsizliyini təhdid edən bir terror təşkilatıdır.

Terrorizmin bütün formaları və təzahürləri ilə mübarizə aparmaq və qonşu ölkələrin milli təhlükəsizliyinə və Suriyanın ərazi bütövlüyünə zərər verəcək separatçı gündəmlərə qarşı durmaq, bu günə qədər Astana formatında keçirilən yüksək səviyyəli görüşlərin sonunda verilmiş ortaq açıqlamalarda qeyd edilən ortaq bir öhdəlikdir.

Rusiya Federasiyasının Astana ruhuna və Astana formatlı görüşlərdə alınan öhdəliklərə uyğun hərəkət etməsini və terror təşkilatı PKK / YPG-yə bağlı birləşmələrin gündəminə xidmət edəcək addımların atılmasını gözləyirik.

Bu mövzuda reaksiyamızı Rusiyaya səlahiyyətlilərimizə çatdırmaq üçün Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya səfər edəcək.turkustan.info

Analoq.az

Daha çox
Back to top button
Close