Cəmiyyət

Tanınmış jurnalist Türkiyədə məktəb müdiri oldu

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.Bu barədə Gununsesi.info-ya onun özü məlumat verib.

M.Şərif bildirib ki, rəhbərlik etdiyi məktəb dörd ildir fəaliyyət göstərir: “Tədris Azərbaycanın təhsil proqramı üzrə keçirilir. Kitablar Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Təhsil Nazirliyi tərəfindən göndərilir. Məqsəd burada işləyən, yaşayan Azərbaycan ailələrinin uşaqlarının təhsildən kənar qalmamasıdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button