Müsahibə

“Paşinyanın parlamentdəki çıxışı müəyyən hadisələrin qarşının alınmasına hesablanıb” – Könül İsmayılova

Müasir Müsavat Partiyasının sədr müavini: “Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyününü tanıdığını da dilinə gətirib. Amma düşünürəm ki, Paşinyanın ərazi bütövlüyümüzü tanımalarını deməsi sadəcə olaraq bir yanaşmadır”.Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri parlamentdə çıxış edib. Nikol Paşinyan çıxışı zamanı bir çox mətləblərə toxunub və önəmli açıqlamalar verib. O, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı iki ölkə XİN rəhbərlərinə sülh sazişinin hazırlanması işlərinə başlamaq tapşırığını xatırladıb. Paşinyan bildirib ki, bunun praktik nə olduğu, hansı qrafik və formatda icra ediləcəyi – bunun hamısı hələ müzakirə olunub həllini tapmalıdır. Lakin Azərbaycanla tez bir vaxtda sülh sazişinin imzalanması bizim planlarımıza daxildir.Nikol Paşinyanın cəmiyyətə verdiyi son mesajlarını PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova ilə müzakirə edib.

Könül İsmayılova: “Paşinyan müəyyən dairələrə çatdırmaq istəyir ki, Azərbaycanla sülh sazişi imzalamağa məcbudur”.


Müasir Müsavat Partiyasının sədr müavini bildirib ki, Paşinyan Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiasının olmadığını deməklə yalan danışıb:

“Ermənistan Baş naziri Nikol Paşinyanın ölkə parlamentindəki son çıxışında deyib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır. Əsas məsələ isə odur ki, Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyününü tanıdığını da dilinə gətirib. Amma düşünürəm ki, Paşinyanın ərazi bütövlüyümüzü tanımalarını deməsi sadəcə olaraq bir yanaşmadır. Çünki Ermənistan Qarabağın da müqəddəratının təyin etməli olduğunu iddia edir. Digər tərəfdən də dünyanın bir çox ölkəsində erməni diasporları qondarma “Arsaxın” müstəqilliyi istiqamətində müxtəlif addımlar atır.

Eyni zamanda Paşinyan çıxışında Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiasının olmadığını və Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq məsələsidir deyib. Burada Ermənistanın baş naziri bütünlüklə yalan danışıb. Ona deyən lazımdır ki, Ermənistanın Azərbaycana ərazi iddiaları yox idisə, 20 faiz torpağını niyə işğal etmişdin? Həmin torpaqları niyə 28 il işğalda saxladınız? Həmçinin niyə o torpaqları viran qoydunuz?”.

Könül İsmayılova separatçıların keçirdiyi toplantıya nəzər salaraq deyib ki, onlar bu yolla İrəvana etiraz etmiş oldular:

Düşünürəm ki, Paşinyanın parlamentdəki çıxışı müəyyən hadisələrin qarşının alınmasına hesablanıb. Rəsmi İrəvan anlayır ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişi əvvəl-axır bağlanmalıdır. Bu sazişlə də Qarabağdan imtina edilməsi aydındır məsələdir ki, erməni cəmiyyətində çox ciddi reaksiya yaradacaq. Buna görə də indidən Paşinyan müəyyən dairələrə çatdırmaq istəyir ki, Azərbaycanla sülh sazişi imzalamağa məcbudur.

Onu da qeyd edim ki, Paşinyanın Azərbaycanla sülh sazişini bağlamağa məcbur olduğuna dair açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejim təcili toplantı keçirdi. Separatçılar bu toplantını keçirməklə sanki İrəvana etiraz etdilər. Amma hesab edirəm ki, separatçıların atdıqları heç bir addımının faydası olmayacaq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button