Cəmiyyət

Elşən Gəncəvi “CASPIAN AWARDS” 2020 Mükafatına layiq görüldü

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu “CASPIAN AWARDS” 2020 Mükafatına “İctimai Xadim” olaraq layiq görüldü.

Analoq.az xəbər verir ki, Elşən Gəncəvi il ərzində qazanılan uğurları və iş fəaliyyətini nəzərə alaraq təşkilati komitə tərəfindən “Caspian Awards 2020” Azərbaycan layihəsində “İctimai Xadim” adına layiq görülüb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun (AMV Group) direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ”informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisidir. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir.

“AMVPRESS.AZ”, “İctimai.az”, “İslahat.az” və “Yenigundem.az” internet qurumlarında ictimai və sosial mövzularda müəllif yazıları yazır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button