Müsahibə

“İnsanları meyxana ilə müalicə etmək olmur”-VÜQAR ƏBDÜLOV

Tanınmış meyxanaçı Vüqar Əbdülov Analoq.az-a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:

-Vüqar müəllim həmkarınız və adaşınız Vüqar Biləcərilinin ölümü meyxananın “Vüqar”ını söndürdümü?

– Alllah qəni-qəni rəhmət eləsin. Vüqarı çox heyif ki, cavan itirdik. Doğru deyirsiniz o meyxananın “Vüqar”ı idi. Yaxşı meyxanaçı olmaqla yanaşı,yaradıcı insan idi. İncəsənət
Universitetində ali təhsil almışdı.
Biz indi pandemiya dövründəyik.Onun xatirəsini əbədiləşdirmək üçün heç nə edə bilmirik. Amma gələcəkdə müəyyən tədbirlər, konsertlər hazırlamaq fikrimiz var. Rəhmətliyin əlyazmalarını toplayıb kitab çap etdirmək kimi fikrimiz də var.

-Vüqar Biləcəri necə bir insan idi?

– Rəhmətliklə tanışlığımız 2011-ci ildən başlayıb. Mənim o vaxtı Estrada Teatrım var idi. Orxan Lökbatanlı,Vüqar Biləcərili,Aydın Sani,Aydın Lökbatanlını teatra dəvət
etmişdim.Hər birinin teatrın inkişafında xeyli dəstəyi olub.Vüqarın yaxşı mütaliyəsi olmaqla yanaşı dini savadı da mükəmməl idi.Çox yaradıcı biri idi.Rəhmətlik şeirlərini, ifalarını xüsusi mədəniyyətlə ifa edirdi.

Bu günə qədər bir çox meyxanaçılarımız olub.Hal-hazırda da var.Amma Vüqar mənim xüsusilə sevdiyim meyxanaçılardan biri idi. Yaxşı qələmi, avazı,təbləri olan meyxanaçılarımız var.Amma ustalıqları kəmdir.Vüqarda bu dediklərimizin hamısı vəhdət daşıyırdı.Öz məktəbi var idi, özü də çox əxlaqlı gözəl bir nəslin nümayəndəsi idi. Çox heyif, çox heyif, əfsuslar olsun ki, belə gözəl qardaşımızı tez itirdik. Vüqar meyxana meydanına daha çox töhfələr verə bilərdi. Əfsus ki, yazılan ssenarini fələk yarımçıq qoydu.

– Tanınmış meyxanaçının dəfn mərasimi günü karantin qaydalarının pozulması səbəbindən Rəşad Dağlı, Pərviz Bülbülə, Orxan Lökbatanlı, Elşən Xəzər kimi tanınmış meyxanaçılardan əlavə 60-dan çox şəxs cərimələndi. Bu barədə nə deyə bilərsiniz?

-Bəli , bildiyimiz kimi dəfn mərasimində iştiak edən qohum, qonşu, yaxınları,dostları cərmələndilər. Əlbəttə ki,dövlətin qoyduğu qanun belədir. Hamı üçün də keçərlidir. Məclisdə yaxından iştirak edə bilməsək də , yaxınlarına, ailəsinə baş sağlığı verdik. Özlərinin də məsləhəti ilə qərara aldıq ki,karantin dövrü qurtarana qədər bir müddət qapılarına gəlmək, yığışmaq olmasın.

-Vüqar müəllim, bir neçə müddətdir ki, efirlərdə çox az-az görünürsüz, yeni mahnılarınız da yoxdur.Yoxsa estafeti gənclərə vermisiniz?

– Bu sənətdə hər kəsin öz yeri var . Xeyr , mən yerimi heç kəsə verməmişəm. Bir müddətdir efirdə görünəməməyimin səbəbi ondan ibarətdir ki həqiqətən də martdan bəri pandemiya ilə əlaqədar kütləvi şəkildə insanlarda qan-qaraçılıq , pessimistlik yaranıb.Sənət adamları , meyxanaçılar müəyyən mənada çalışır ki,əhval-ruhiyyəni dəyişmək mahnı ,meyxanalarla bərpa edək. Heç olmasa kiminsə könlünü açmağa çalışaq . Müşahidə apardım ki, sosial şəbəkələrdə aqressiv yazılar üstünlük təşkil edir.Deyərdim ki,pandemiya dövründə insanları meyxana ilə müalicə etmək olmur . Mən heç hesablamazdim ki belə bir zaman gələr layihələr yubanar təxirə düşər.

– Gənc meyxanaçılardan razısınızmı?

– Keçən dəfə də qeyd etdim və indi də deyirəm ki indiki meyxana deyənlərimizin çoxu çox böyük istedad sahibidirlər. Savadları , intellektləri , bədii qiraətləri bu gün onların köməyinə çatır. İstənilən bir məclisdə qafiyələrin öhdəsindən yüksək səviyyədə gələbilirlər . Bəziləri mənim həmkarım olaraq çox cavandırlar, ona görə də bəzən deyişmələrimiz alınmır .Amma efirdən kənar elə məclislərimiz də olur ki həqiqətən də çox yaxşı tərəf müqabili oluruq.

-Siz Dram və kino aktyorluğu fakültəsini bitirmisiniz.Amma meyxananı seçdiniz.Niyə?

– 1994-cü ilə qədər elə fikirləşirdim ki,
mən gələcəkdə dram-kino aktyoru olub, hansısa teatrda çalışacam və yaxud filmlərdə çəkiləcəm . Sadəcə olaraq avtoqəzaya düşdüm.Üzüm deformasiyaya uğradı.Bir neçə müddət üzümün şişi ilə əlaqədar
müalicə aldım . Bu proses bir qədər davam etdi . Aktyor kimi bəzi filmlərə də çəkilmişəm. Bayaq qeyd etdiyim kimi Estrada teatr yaradıb bir neçə il fəaliyyət göstərmişəm .Hal-hazırda da bəzi layihələr üzərində işləyirəm.

Filmlərə çəkilmək üçün yaxşı qonarar qarşılığında rejissorlardan dəvət gözləyirəm. Belə olsa məmnuniyyətlə dəyərləndirərəm. Bəzi rejissorlara aktyor kimi istedadımı çatdırmaq istəyirəm.

Vurğun Mədətov
Analoq.az

Daha çox
Back to top button
Close