Ölkə

Milli Cəbhə Partiyası dövlət tərəfindən qeydiyyata alındı-FOTO

Milli Məclisin üzvü Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyası dövlət qeydiyyatına alınıb.

Analoq.az xəbər verir ki, bu barədə partiyanın sədri Razi Nurullayev özünün “facebook” səhifəsində yazıb.

“Milli Cəbhə Partiyası – MCP – nın qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini hörmətli Toğrul Musayev və qeydiyyat və notariat baş idarəsinin rəisi hörmətli İlqar Məmmədovla keçirilən görüşdə təqdim edildi. Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib”-Razi Nurullayev belə qeyd edib.

Partiya sədri bildirib ki, Prezident Administrasiyasında siyasi partiyalar və parlamentlə iş üzrə yeni şöbənin yaranması ilə siyasi arenada çox dəyişikliyə səbəb olub: “Onilliklərlə yaranmış problemlərin bir-bir həll edilməsi şansı yaranıb və bəziləri isə artıq həllini tapıb. Yeni məmur təfəkkürü, yanaşması cəmiyyətə müsbət impuls buraxır. Müvafiq şöbənin rəhbəri hörmətli Ədalət Vəliyevə görüşlərimiz zamanı müzakirə edilən problemlərin həlli yolunda atdığı addımlara görə təşəkkür edirəm. O, demişdi ki, ölkə rəhbəri tərəfindən qarşısında ciddi məsələlər qoyulub və tez bir zamanda nəticə də olmalıdır. Görüşdə həm də Real Alternativ Partiyasının rəhbərliyinə qeydiyyat sertifikatı təqdim olundu”.Cebhe.info

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close