Ölkə

“Milli Ön” “Azercell”dən imtina edib, yoxsa əksinə..?-AÇIQLAMA

Son zamanlar “Milli Ön” ödəmə terminalında “Azercell” mobil operatoruna ödəmələrlə görə problemlər yaranıb.Yaranan problemlə əlaqədar adıçəkilən şirkətlə əlaqə saxlayıb səbəbini öyrəndik.

“Milli Ön” şirkətinin Müştəri Xidmətləri bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva Analoq.az-a açıqlama verib. “Azərcell” mobil operatorunun xidmətləri son zamanlar “Milli Ön” terminallarında deaktiv olub. Hər iki şirkət rəhbərlərinin qarşılıqlı razılaşmasından sonra ümid edirik ki, xidmət bərpa olunar”, deyə şirkət rəsmisi qeyd edib.

Ülviyyə Əfəndiyeva daha sonra əlavə edib ki, paytaxt və respublikamızın müxtəlif bölgələrində “Milli Ön” terminalları ən çox yayılan ödəmə vasitəsədir. “Azercell” ödənişlərində yaranan problemlə bağlı regionlardan da çoxsaylı müraciətlər daxil olub: “Bir daha qeyd edirəm ki,bu problem tezliklə öz həllini tapar”.

Yaranan problemlə bağlı “Azercell”in operator xidmətindən də məlumat aldıq. Xudmət operatoru Cəlal Cəfərov saytımıza bildirib ki, verilən qərarlar rəhbərlik tərəfindən qəbul olunur.

“Bizə olan müraciətinizlə bağlı bildiririk ki, avqust ayının 1-dən etibarən “Milli Ön ” ödəniş sistemi vasitəsi ilə “Azərcell “Telekom MMC” nin fakturalı və fakturasız yəni Sim -Sim xətt nömrələrinin balansını artırmaq mümkün deyil. Rahatlığınızı təmin etmək məqsədi ilə şirkətimiz tərəfindən müxtəlif alternativ üsullarla ödənişlər həyata keçirmək, nömrənizin balansını artırmaq imkanı verilib. Belə ki, nağd ödənişlər üçün “E-Manat”, “Express”, “Azərpoçt” ödəniş terminalları, “Azərcell ” Telekom MMC- nin ödəmə kartlarından, onlayn ödənişlər üçün isə bankların tətbiqlərindən istifadə etməyi tövsiyyə edirik. “Azərcell” öz abonəçilərinin rahatlığını təmin etməklə bağlı müraciətləri qeydiyyata alır. Ətraflı məlumat “Milli Ön” ilə ödənişlərin bərpa olunmasından sonra “Azərcell”in ” rəsmi saytında həm də mediaada açıqlanacaq”, deyə bildirilib.

Araşdırdığımız araşdırmanın nəticəsindən bu qərara gələ bilərik ki,”Azercell” istifadəçiləri hələlik “Milli Ön” ödəmə terminalı vasitəsi ilə ödənişlər edə bilməyəcək. Ümid edirik ki, yaranan problem qısa müddətdə aradan qaldırılar.

“Milli Ön”-ün əməkdaşı tezliklə “Azercell” şirkəti ilə qarşılıqlı razılaşmanın baş tutacağını bildirsə də “Azercell” bu faktı təsdiqləmədi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button