Son dəqiqə

Bakının Nizami rayonunda yaşayış binaları sökülür

Həmin binalardan sakinlərin köçürülməsinə başlanılıb

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır.

Həmin binalardan artıq sakinlərin köçürülməsinə başlanılıb.
Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-ci illərdə inşa olunmuş “Minsk” və “Xruşovka” layihəli beş mərtəbəli binalardır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button