Ölkə

“Qoy onlar utanıb-yerə girsinlər ki”-TANINMIŞ JURNALİST OD PÜSKÜRDÜ

“Biz işləmişik, biz ağır və çətin həyatımıza, iş fəaliyyətimizə baxmayaraq, yüklü bank kreditlərini ödəyə-ödəyə, “bu da keçər” deməklə – dövlətimizi, Prezidentimizi müdafiə etmişik, biz səmimiyyətimizlə, şərəf və namusumuzla dövlətçilik maraqları naminə istənilən anda, istənilən şəraitdə sinəmizi qabağa vermişik, bundan sonra da verəcəyik!”

Bu fikirləri tanınmış jurnalist Rövşən Rəsulov ” Facebook” sosial şəbəkəsində yazıb.Analoq.az jurnalistin fikirlərinin davamını olduğu kimi təqdim edir:

Çünki bizim – sadiq və əqidəli jurnalistlərin dövlətimiz və Prezidentimiz qarşısında alnımız açıq, üzümüz ağdır. Qoy bizim qələmlərimiz altından elə bizləri də aldadaraq (!) kirli pullar qazananlar, haqqımıza girənlər, gecə-gündüz çəkdiyimiz zəhmətimizdən “bəhrələnənlər”, bizi istismar edənlər, dövlətin vəsaitlərini gözləri doymayacaq dərəcədə mənimsəyənlər dövlətimizə, Prezidentimizə, Onun apardığı siyasi xəttə xəyanət edənlər, xarici ölkələrdəki Vətən xainlərini maliyyələşdirənlər, söyüş söydürənlər utansınlar, əgər utanan üzləri varsa!

Qoy onlar utanıb-yerə girsinlər ki, xəyanət deyilən mənəviyyatsızlığın ən alçaq, ən rəzil vasitələrini tətbiq edərək, qələmlərimizin başına torbalar keçirdilər, qoy indi də onlar bizim bircə sualımıza cavab versinlər ki, artıq məhvə doğru yuvarlanan “hörmətli” həyatlarında pul-paradan başqa daha nələr əldə etdilər..?!

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close