Siyasət

Rusiya Terror təşiklatı ilə niyə anlaşma imzaladı?-Təhlil

Amerika nümayənədi heyəti Şərq bölgəsinə gələrək, Ərəb nümayədələri, Rojava Kürt nümayəndələri və Bəzi xristian qüvvələri ilə konfrans keçirtdi.Bu barədə Gənc Siyasi şərhçi Elman Vəliyev Analoq.az-a bildirib.

Gənc siyasi şərhçi bildirib ki,Amerikanın gəlişinin səbəbi Petrol bazalarını genişləndirmək və müdafiəsini təmin etməkdir.Rojavada petrol bazaları Amerika üçün önəmli qaynaqdır.Amerika Fəratın şərqində yerləşən Cizirədə yeni format düzənləmək üçün bu konfransı keçirtdi.

“Cizirə Bölgəsi” adı ilə yeni format düzənləyir. 3 dövlət – Misir, BƏƏ və Səudi Ərəbistanı Amerikanın bu projesini dəstəklədi.Yaradılan Cizirə Bölgəsini DSG(Demokrasi Suriya Güçləri) rəhbərlik edəcək.

Plana görə bölgədə Kürd, Ərəb və Xristian bloku üstün olacaq.Əsas mövqe Kürdlərə veriləcək. Kürd təşkilatları arasında əlaqələrin genişlənməsi vurğulandı.

Amerikanın irəli addım atması və Suriyada mövqeyinin zəifləyəcəyindən nigaran olan Rusiya DSG yetkililərini Moskvaya çağırıb.YPG liderindən olan İlham Əhmədin rəhbərliyi ilə DSM(Suriya Demokrasi Məclisi) Moskvaya gələrək anlaşma imzalayıblar.Sonra da Rusiya XİN Sergey Lavrovla görüşüblər.

Keçən dəfə “Böyük Kürdüstan” Projesi adlı məqaləmdə vurğulamışdım ki, Amerika Kürd planını işə salıb.Lakin Amerikanın bu planı Rusiyaya sərf etmir.Rus yanlısı olan Bəşər Əsədə qarşı ABŞ-ın bölgədə qrupları qızışdırması Kremli hərəkətə keçirdir.Rusiyanın Terror Təşkilatı olan PKK’nın qolu kimi bilinən YPG ilə anlaşması Amerikaya bir mesajdır. YPG isə həm Amerika ilə həm də Rusiya ilə əlaqəlini tənzimləyir.Türkiyə Rusiyanın bu hərəkətini terrora dəstək olduğunu bildirib. “Kürt kartı” Amerikanın önəmli silahıdır.Rusiya da həmçinin bu kartdan istifadə edir, ancaq öz mövqeyi naminə.Bu dəfə Amerikanın irəli gedərək “Cizirə Bölgəsi” Planı tərtib etməsi Kremli qıcıqlandırdı.

Türkiyənin başının qarışıqlığından istifadə edən Amerika bölgədə propagandaları gücləndirir.

“Qızıl Yumurta” olan Orta Doğu(orta şərq) daim maraqların toqquşduğu məkandır.
Maraqlarını təmin etməyə çalışan SuperGüclərin burada kompamisə gələdi qeryi-realdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button