Ölkə

Azad olunmuş ərazilərdə daha 146 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 24-dən 29-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 49 piyada əleyhinə mina, 97 tank əleyhinə mina və 398 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 350 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button