Elm və təhsil

ALMAZ MƏMMƏDOVA YAZIR -“Şəhidlərə sovqat adı altında məktəblilər pisikdirilir” – ŞOK FAKTLAR

Cəmiyyətimizin ən həssas qrupu olan qazilərimiz və şəhid ailələri həm xalqın , həm də dövlətin diqqət mərkəzində olmalı qayğı ilə əhatə olunmalıdır. Bu bizim millət olaraq, xalq olaraq borcumuzdur ki, onların yaralı qəlblərinə məlhəm olaq, dəyərli olduqlarını vaxtlı vaxtında onlara hiss etdirə bilək.

Amma bəzən elə nüanslarla qarşılaşırıq ki, bəzilərinin bu həssas zümrəyə “göstərdiyi qayğı və diqqəti” izlədikdə “olmaz olaydı belə qayğı və diqqət” deməkdən özümüzü saxlaya bilmirik.

Bəli, şəhid ailələri baş tacıdır!
Bəlkə də heç bir şəhid ailəsinin xəbəri yoxdur ki, hardasa bir məktəb direktoru, yaxud sinif rəhbəri “Sovqat aparmalıyıq !” – deyə neçə məktəbli uşağa “ultimatum” verib?

Bir faktı diqqətinizə çatdırmaq istəyirəm: Söhbət Bakı şəhəri, Hövsan qəsəbəsi, Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbdən gedir. Hazırda məktəbdə “pul yığmaq kampaniyası ” yeni metodu meydana gəlib. Şəhid ailələrinin və qazilərin adından, müqəddəsliyindən istifadə edərək daha çox “pul yığmaq…”

“Votssap”da yaradılmış “fəal valideynlər” qrupundan 10-cu sinif rəhbəri Vaqif müəllimdən səsli bildiriş gəldi. Səs yazısı: “Məktəb rəhbərliyi, rayon icra hakimiyyəti, şəhid ailələrini bayram münasibətilə təbrik etmək üçün müəyyən işlər görür. Bizim də sinifə bir “karopqa” düzəltməliyik. Belə deyək də, kimin evdə nəyindən varsa şəkərburadır, paxlavadır, qənd, çaydır iki valideyn birləşib bir toyuq ala bilər nə bilim günəbaxan yağı, nə bilim, vallah indi belə deyək də, bu adamlar bizim qanımız canımız uğrunda vətənin, torpağın uğrunda qurban gediblər də bunlara heç olmasa mənəvi dayaq durmağa bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Mən çox xahiş edirəm səhər uşaqlara da demişik gələndə kimin nəyə gücü çatırsa, bir “karobqa” düzəldək bizim sinifin adından bir şəhid ailəsinə göndərək”

“Karobka”nı da düzəltmək üçün pul yığılmağa başlandı. Təfərrüatı yazmıram, quruma maraqlı gəlsə (mütləq ki, gəlməlidir) əlaqə saxlasınlar çatdırım. Əsas məni bu statusu yazmağa vadar edən səbəb, müəllim adına layiq olmayan iki şəxsin valideynin əvəzini məktəbli qızı ilə haqq-hesab çürütmək qərarına gəlməsidir. Belə ki, qızımı dərs əsnasında sinifdən çıxaran Vaqif müəllim direktorun otağına apararaq Dadaş müəllimlə başlayırlar uşağa psixoloji “zərbə” vurmağa:” Biz pulu zorla və heç vaxt pul yığmırıq! Qızımın “pulyığma kampaniyasına verdiyi 5 manatı (bu pulu qızımın sinif yoldaşı verib ki, müəllim onu danlamasın çünki əvvəl də belə bir hadisə yaşanıb) az olduğu üçün geri qaytarıb, “ayıb olsun” kəlməsini də əsirgəməyiblər.

Təsəvvür edin, iki kişi “müəllim” və məktəbli qızı tənqid edir, aşağılayır…
Qızcığaz isə görləri dolmuş, pərt vəziyyətdə sinfə qayıdır. Ən pisi odur ki, evə gəldikdən sonra da hadisənin şokundan çıxa bilməyib tez-tez, kövrələ- kövrələ: “Ana elə pərt oldum” deyərək pərtliyini gizlətməyib.

Niyə? Bu konkret bir səbəb olmadan pərt edilən məktəbli qızı intihara sürükləmək deyilmi? Görün məktəb nələrin təməlini qoymağa xidmət edir… Əlbəttə, bir nazir ki, çıxıb canlı yayımda pulun yığılmasını könüllü prinsiplər əsasında aparılmasını təşfiq, təbliğ edirsə, bu cür “psixoloji travmalar” çox olacaq…

Məktəbliyə psixoloji “travma” yaşadan bu tip “müəllim” adına yaraşmayan şəxslər cəzalanmalıdır!

Hazırda neçə gündür ki, bu travmanı mən və qızım yaşayırıq…

Almaz Məmmədova
Milli Cəbhə Partiyasının Qadınlar Şurasının sədri
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button