Qarabağ

Azad olunan ərazilərdən 10 tona yaxın metal aparmaq istəyən şəxslər həbs edilib

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda həmin metalların olduğu yük maşını saxlanılıb. Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıb. Məhkəmənin qərarı ilə Qərib Bayramov 10, Namiq Səfərli isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button