Hadisə

Bakıda anbar yandı

Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektdə yanğın olub.

Analoq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir dam altında tikilən ümumi sahəsi 1440 m² olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan əşyalar qismən yanıb.

“Bitişik obyektlər yanğından mühəfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.Yenicag

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button