Ölkə

Xanım millət vəkilindən TƏDQİRƏLAYİQ ADDIM

Millət vəkili Nigar Arpadarai “Facebook” sosial şəbəkəsində Səbail rayonunda olan işsizlərlə bağlı kampaniyaya start verdi.Əziz Səbaillilər,

Səbail rayonunda işsiz sakinlərin məşğulluq məsələsi ilə əlaqədar bir müddət öncə başladığımız pilot layihəni ölkədə mövcud xüsusi karantin rejimi səbəbindən dayandırmaq məcburiyyətində qalmışdıq.

Nəhayət ki, layihəmiz yenidən start götürür!

Yeni peşələrə yiyələnmək istəyən Səbail sakinləri bizə müraciət etdikdən sonra layihə çərçivəsində keçirilən təlimlərə yönləndiriləcəklər. Təlimlərin nəticəsindən asılı olaraq iştirakçıların yeni peşə üzrə işlə təmin olunmasına dəstək göstəriləcək və ya onlar üçün yeni biznes imkanlarının yaradılması istiqamətində işlər görüləcək. Təlimlər aşağıdakı peşə istiqamətləri üzrə keçiriləcək:

Kişilər üçün:

▪️Avtomobil təmiri üzrə çilingər
▪️PVC qapı və pəncərə ustası

Qadınlar üçün:

▫️Qənnadçı
▫️Manikür ustası/saç ustası
▫️Vizajist

Layihəyə yalnız Səbail rayonunda qeydiyyatda olan işsiz sakinlər qatıla bilərlər.

Layihə mərhələli şəkildə aparılacaq və təlimlərə ilkin mərhələdə karantin şərtləri nəzərə alınmaqla az sayda iştirakçıdan ibarət kiçik qruplarla başlanılacaq.

Layihənin iştirakçısı olmaq istəyənlər
? 070 3745115 nömrəsinə zəng etməklə və ya Whatsapp-a yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.

Yolunuzu gözləyirik

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button