Ölkə

Yazılan 884,94 manat borc abonenti dilə gətirdi-“AZƏRİŞIQ”dan ŞİKAYƏT

“Azərişıq” ASC bir abonentə bir ay ərzində rekord məbləğdə işıq pulu yazıb.Analoq.az xəbər verir ki, bu haqda şikayətçi Vüsal Nəbiyev özü sosial şəbəkə hesabında yazıb:

“Şikayətim Azərişiq İB-dandır. Bu gördüyünüz borc öhdəliyi hər hansi bir zavoda məxsus deyil, balaca, 2 otaqli həyət evinə aid son 1 ayda yazılan borcdur. Hansiki normalda hər ay 8-12 manat arasi borc gəlirdi. Ən son iyul ayı üçün 10.92 AZN borc yazılıb və ödənilib. Hətta həmin ayda (iyulda) arada kondisoner də istifadə edilib, avqust ayinda isə evde kondisoner istifadə olunmayıb, hər gün səhər işə gedib, axsam evə qayıdırdım, yəni ki evdə yaşayış az olub deyə əslində məntiqi ardıcıllıqla bu ay borc daha az gəlməli idi. İndi buna nə ad vermək olar?!”

Şikayətçinin paylaşdığı qəbzdə bir ay üçün ödənilməli məbləğin 884,94 manat olduğu qeyd edilib.

Həmin fotonu təqdim edirik:iqtisadi.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button