Siyasət

ABŞ körfəz koalisiyası qurur?- Elman Vəliyev

1948-ci ildə ABŞ-ın əli ilə İsrail sionist hakimiyyəti quruldu və bölgədə güc ünsürü oluşmağa başladı.Fələstinlə, Misirlə ərazi mübarizləri apardı.1967-ci ildə 6 günlük müharibədə bir çox torpaqlar ələ keçirən İsrail 1978 -ci ildə “Kemp-devid” sazişi ilə “sülhü bərqərar etdi”, ancaq bu formal xarakter daşıdı.

Şərqdə son zamanlar digər dövlətlərin güc arsenalının artması, həmçinin Fəratın şərqində Misir, BƏƏ və Səudi Ərəbistan ilə birlikdə “Cizirə bölgəsi” yaratmaq projesi, ABŞ- a yeni bir koalisiya yaratmaq zərurəti verdi.

Son anda ABŞ vasitəsi ilə BƏƏ, Səudi Ərəbistanı, Bəhreyn karallığı və Misirin( digər körfəz dövlətləri də tədricən qatılacaq) İsraillə əlaqələr qurmağa başlaması, yeni bir güc koalisiyasının formalaşmasına dəlalət verir.

Bəs bu koalisiya nə üçün lazımdı?

Türkiyənin bölgədə son illər güc dairəsini genişləndirmək politikası çalxalanmaya səbəb oldu və pik hədd isə demək olar ki, Aralıq dənizində baş verdi.Türkiyə daha öncə də bir çox hərbi quru əməliyyatı keçirmişdi, lakin bu dəfə ki qədər aqresiyyaya səbəb olmamışdı.
Səbəb isə dənizlərdə olan petrol qaynaqlarıdı.

ABŞ-ın Aralıq dənizində Yunanlara yardım etməsi, Cənubi Kipr Rum yönətiminə qarşı tədbiq etdiyi silah ambargosunu aradan qaldırması mövqeyində kritik anlar yaşandığını göstərir!

Türklərlə ədavət saxlayan körfəz dövlətlərini bir araya gətirib, İsraillə yaxınlaşdırmaq olduqca məkrli plana bənzəyir.
Körfəz koalisiyası təkcə Türkiyə üçün deyil Rusiya üçün də təhlükə olacaqdır.

ABŞ-ın bu planının Türkiyə ilə Rusiyanı yaxınlaşdıracağına ehtimal edirəm!

Müəllif: Siyasi Şərhçi Elman Vəliyev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button