Manşet

Tanınmış iqtisadçı alimin türk mətbuatında məqaləsi dərc edildi

Türkiyənin “Yeşil İğdir” qazetində tanınmış iqtisadçı alim,AMEA-nın İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Yadigarov Təbriz Abdulla oğlunun “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin digər rayonlarla qarşılıqlı
iqtisadi əlaqələrinin inkişaf perspektivləri” mövzusundakı məqaləsi
çap edilmişdir.

Məqalədə keçmiş SSRİ dövrünün statistik məlumatları da daxil olmaqla, statistik rəqəmlər əsasında Azərbaycanın işğaldan azad
olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərinin iqtisadi potensialı, o cümlədən su təchizatı potensialı, elektrik enerjisi ehtiyyatları,
sənaye rekreasiya imkanları, faydalı qazıntılar və xammal potensialı
təhlil olunaraq qiymətləndirilmiş və bu ərazilərdə ənənəvi sahələrlə yanaşı bir çox yeni istehsal və xidmət sahələrinin də inkişaf edərək, qeyri-neft sektoru üzrə ixrac məhsularının həcmini stimullaşdıracağı,ölkəmizin investisiya cəlbediciliyini artıracağı qeyd edilmişdir.
https://yesiligdir.com/haber/detay/27788
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button