Ölkə

Bakıda əsən güclü külək axşam zəifləyəcək

Bu gün Bakıda və Abşeron yarımadasında 15-20 m/s sürətlə əsən şimal-qərb küləyi axşam zəifləyəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, bugünkü hava proqnoza görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button