Cəmiyyət

Sentyabrın 4-dən ad günü,nişan mərasimləri qadağan olunacaq

Sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.

Analoq.az -ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində nikah bağlanmaqla 1 saatadək başa çatacaq.

Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib.

Sərəncama görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq. Nikah mərasimində oyun oynanması, kütləvi yemək-içmək qadağandır.

Bundan başqa, nikah mərasimlərinə ən azı bir dövlət məmuru qatıla bilər.(apa)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button