Ölkə

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına yeni yol çəkilir

Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşasına başlanılıb.

İncəçay üzərində 85 metr uzunluğa malik avtomobil körpüsü 3 aşırımlı olacaq və eni 14,5 metr təşkil edəcək. Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, həmçinin bünövrələrin tikintisi aparılır. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.

Yeni avtomobil yolunun inşasının bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. 2021-ci il oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan avtomobil yolunun uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button