Siyasət

“Xalqın yanında olmaq mənim konstitusion borcumdur”-TOKAYEV

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı yaxın vaxtlarda vətəndaşlara ikinci müraciətlə çıxış edəcək.“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yaxın vaxtlarda Prezidentin müraciəti gözlənilir”, – deyə məlumatda qeyd olunub.

***

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev artıq ölkənin Təhlükəsizlik Şurasının sədri deyil. Bu barədə Prezident Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib. O, bu gündən etibarən bu vəzifəni icra etdiyini bildirib.

***

Tokayev paytaxt Nur-Sultanda olduğunu və heç yerə getmədiyini açıqlayıb: “Nə olursa-olsun, paytaxtda olacam. Xalqın yanında olmaq mənim konstitusion borcumdur” .

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button