Cəmiyyət

Füzuli rayon İcra başçısı Alı Alıyev şəhid məzarlarını görməzdən gəlir-FOTO

Analoq.az xəbər verir ki,Füzuli rayon İcra başçısı Alı Alıyevin başı o qədər qarışıqdır ki,1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan və rayonun Bala Bəhmənli kənd qəbristanlığında dəfin olunan 14 nəməlum şəhid məzarların görməzdən gəlir. Alı Alıyev görünür Vətən uğrundan şəhid olan nu 14 məzarda yatan şəhidlərin ailələrinin çəkdiyi iztirabı hiss etmədiyindəndir ki,gecələr vicdanı sızlamadan başını yastıqa söykəyib yata bilir.

Amma cənab Alıyev unudur ki,bu gün əgər bir sək-səkəsiz mışıl-mışıl yata bilirsə bunu o 14 nəməlum məzardakı şəhidlərə borcludur.
Təkcə Alı Alıyev deyil,eyni zamanda rayonun millət vəkilləri belə bu 14 nəməlum şəhid məzarlarının bu hala düşməsinə göz yumursa,onlar da o mandatı haqq etmirlər.Vətəninfo.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button