Dünya

Gürcüstanda keçiriləcək Parlament seçkilərində 66 partiya iştirak edəcək

Bu il oktyabrın 31-də Gürcüstanda keçiriləcək Parlament seçkilərində iştirak üçün 66 partiya qeydiyyatdan keçib.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, seçkilərdə iştirak üçün 78 partiya müraciət edib, lakin onlardan 12-nin müraciəti rədd edilib. MSK-dan bildirilib ki, parlament seçkilərində iştirak edəcək partiyaların qeydiyyatı prosesi bu gün başa çatıb.

Qeyd edək ki, bu il Parlament seçkiləri seçki məcəlləsinə edilən düzəlişə əsasən, 120 proporsional, 30 majoritar olmaqla, qarışıq sistemlə keçiriləcək. Seçki bariyerinin 1% təşkil edəcəyi seçkilərdən sonra təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.

Analoq.az

Daha çox
Back to top button
Close